
Özbəkistan prezidenti Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.
Rezonans.az xəbər verir ki, bu barədə prezidentin sözçüsü Şerzod Əsədov məlumat verib.
Prezident yenilənmiş Konstitusiyanın 128-ci maddəsi ilə ölkə Prezidentinə verilən səlahiyyətlərdən istifadə edərək ikinci mühüm sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək”, - o, bildirib.