Türkiyədən İrana keçməyə çalışan İŞİD üzvü tutuldu

img

1-i İŞİD terror təşkilatı üzvü olan 2 nəfər Türkiyədən qanunsuz yollarla İrana keçməyə cəhd edərkən tutulub. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb. 

Sərhədlərimizin təhlükəsizliyi üçün qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkədən qeyri-qanuni yollarla İrana keçməyə cəhd edən 2 nəfəri yaxaladılar. İstintaqda həbs edilən şəxslərdən birinin İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib", - deyə nazirlik "Twitter"də yazıb. 

Xəbəri paylaş: