Türkiyə bu ölkənin ATƏT nümayəndələrini akkreditasiyadan məhrum etdi

img

Danimarkalı deputat Soren Sonnergaard və onun isveçli həmkarı Kadir Kasırqaya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə  müşahidə missiyasında iştirak etmək üçün akkreditasiyadan məhrum edilib .

Rezonans.az xəbər verir ki, bu münasibətlə ATƏT müşahidəçilərinin qısamüddətli missiyasının xüsusi əlaqələndiricisi Maykl Georq Link və ATƏT PA nümayəndə heyətinin rəhbəri Fərəh Kərimi birgə bəyanatla çıxış ediblər .

ATƏT Parlament Assambleyasının Türkiyənin ATƏT-dəki diplomatik missiyasını məlumatlandırdığına görə, biz Türkiyə hakimiyyətinin beynəlxalq müşahidəçilər missiyasının işinə mənfi təsir göstərə biləcək bu addımından məyusuq”, - deyə təşkilat bildirib.

ATƏT qeyd edib ki, ev sahibi ölkə müşahidə missiyasının tərkibinə birbaşa və ya dolayısı ilə təsir göstərməməlidir. Ümumilikdə ATƏT PA Türkiyəyə 100-ə yaxın müşahidəçi göndərib.

Ekspert bir müddət əvvəl Türkiyədə keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansını çox yüksək adlandırmışdı .

Xəbəri paylaş: