UNİCEF-dən qanlı STATİSTİKA: 50-dən çox uşaq...

img

UNİCEF Əfqanıstanda baş verən son partlayışlarda 50-dən çox uşaq həyatını itirdiyini açıqlayıb.

 

Rezonans.az xəbər verir ki, BMT-nin Uşaqları Müdafiə Fondu- UNİCEF-in regional müdiri Corc Laria İdci bu barədə "Tvitter" hesabında yazıb:

 

"Son bir həftədə Əfqanıstanda terror partlayışları nəticəsində 40-dən çox qız və oğlan uşaqları həyatını itirib və bu rəqəmin artacağı gözlənilir".

 

Qeyd edək ki, paytaxt Kabildə, Məzar-i Şərif və Qunduz vilayətlərində meydana gələn partlayışlarda onlarla insan həlak olub.

Xəbəri paylaş: