Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Heydər Əliyevin məzarını ziyarət ediblər

img

Müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, abidəsi önünə əklil və tər güllər qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.


Rezonans.az xəbər verir ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.

Xəbəri paylaş: