Səfirə iddiaların qəbuledilməz olduğunu dedim - Sahibə Qafarova

img

Ötən gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüm oldu. Görüş zamanı Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna müsahibəsində səsləndirdiyi iddiaların qəbuledilməz olduğunu bildirdim.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova bildirib.

“Beynəlxalq təşkilatlarda üzv olan deputatlarımız mütləq bu məsələni ciddi nəzarətdə saxlamalıdır. Bununla bərabər təmsil olunduqları beynəlxalq təşkilatlarda bununla bağlı məsələ qaldırmalıdırlar”, - deyə spiker vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova mayın 11-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüb.

Xəbəri paylaş: