
Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin sayılması davam edir.
Rezonans.az xəbər verir ki, səslərin 30,2 faizi artıq sayılıb.
Məlumata görə, hazırkı nəticələrə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 milyona yaxın seçicinin səsini toplayıb - 53,6%.
CHP lideri hamal Kılıçdaroğlu ondan təqribən 13,2 faiz geridədir - 40,4%.
Sinan Oğan isə səslərin 5,4 faizini toplayıb.