Ombudsman Aparatının əməkdaşı qadın hüquqlarına həsr edilmiş tədbirdə iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən icra edilən, Azərbaycan Respublikası Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Qadın gülərsə, bəşəriyyət güləcək” layihəsi çərçivəsində Şəmkir rayonu Heydər Əliyev Mərkəzində qadın hüquqlarına həsr olunmuş tədbirdə iştirak edib.


Rezonans.az xəbər verir ki, tədbirdə çıxış edən S.Abbasov gender bərabərliyinin təbliği və təmin olunması, habelə qadın hüquqlarının müdafiəsi ilə bağlı Müvəkkilin fəaliyyəti barədə məlumat verib.  

Qeyd olunub ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı, erkən evlilik halları ilə bağlı müraciətlər Ombudsman təsisatı tərəfindən operativ qaydada araşdırılır, zərərçəkmişlərin vəziyyəti və psixoloji durumu öyrənilir, pozulmuş hüquqlarının bərpası istiqamətində tədbirlər görülür.

Xəbəri paylaş: