Tüfənglə çoban itini vuran şəxs saxlanıldı

img

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən  rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz  tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır

Xəbəri paylaş: