“Səyyar qəbul otağı” bu dəfə Biləsuvarda

img

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” bu dəfə Biləsuvar rayonunda təşkil olunub.

Rezonans.az xəbər verir ki, aksiya rayonun Köhnə Amankənd yaşayış massivində keçirilib. Aksiyaya qatılan sakinlər Amankəndin köhnədən qalan probleminin həllini, yəni yaşayış massivinin qazlaşdırılmasını istəyiblər.

Mikrofon önündə bütün kəndin adından çıxış edən 5 sakinin tək istəyi SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.

Xəbəri paylaş: