Azərbaycanda 15 yaşlı qız ərə verilir

img

Beyləqan rayonunun Şahsevən kəndi ərazisində valideyn yeniyetmə qızını məcburi şəkildə evləndirməyə çalışır. 

Rezonans.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib. 

Çox vacib bir məsələni aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirik. 15 yaşlı qız təhsildən yayındırılaq evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb. Yeniyetmə dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Azyaşlı özü evlilik barədə razılığı yoxdur. Ancaq ailə tez bir zamanda sanki qızlarından qurtulmaq üçün can atır. Beyləqan rayonu birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq".

DİN-nin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: