Adil Əliyev vətəndaşların müraciətlərin dinləyib

img

Milli Məclisin vitse-spikeri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin, qazilərin və müraciət edən vətəndaşların qəbulunu həyata keçirdərək, müraciətlərini dinləyib.


Rezonans.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müraciətlərin bir qisminin yerindəcə həllini tapıb


Habelə, digər qisim müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə dövlət qurumlarına və təşkilatlara sorğular hazırlandı. Eləcə də, vətəndaşlar tərəfindən irəli sürülmüş və araşdırılması vaxt tələb edən müraciətlərin hər biri tərəfimdən nəzarətə götürülməklə geniş şəkildə təhlil edilib. 


Habelə, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll edilməsinə nail olunur. 


Qəbul zamanı qaldırılan hüquqi məsələlər ilə əlaqədar vətəndaşlara tam, hərtərəfli izahlar verildi. Ünvanıma daxil olan bütün növ vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşılır, hər bir müraciət geniş şəkildə təhlil edilir, həlli istiqamətində iş aparılıb.

Xəbəri paylaş: