Ağdaşda ev yandı

img

Ağdaşda yaşayış evində yanğın olub.

Rezonans.az xəbər verir ki, yanğın  rayonun Ləki Qəsəbə sakini 1951-ci il təvəllüdlü vətəndaş Məmmədov Nizami Məhəmməd oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Ağdaş rayon Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.  Yanğın  zamanı ümumi sahəsi 336 kv/m olan 2 mərtəbəli yaşayış evinin  32kv/ m hissəsi yanıb. Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbəri paylaş: