"Sülh müqaviləsi mətninin yekunlaşdırılması mühüm addımdır" - Paşinyan

img

Mayın 14-də Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə Azərbaycan prezidenti arasında görüş baş tutdu. Mayın 14-də biz daha bir addım atdıq və görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi qeyd etdik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin, Ermənistan isə Azərbaycanın 86,6 min kvadrat kilometrinin ərazi bütövlüyünü tanıyır. 

Rezonans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.

Xəbəri paylaş: