
Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcək.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya rəsmiləri daha əvvəl Zelenskinin görüşdə onlayn iştirakını elan ediblər.
Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.