Malidə silahlılar ölkənin mərkəzi hissəsində yerləşən Sevare şəhəri yaxınlığındakı ordu düşərgəsinə hücum edib.
Rezonans.az xəbər verir ki, bu barədə Mali ordusunun Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, hücum edən şəxslərdən üçün zərərsizləşdirilib.
Hücumda Mali ordusunun 4 hərbçisi ölüb, 1 hərbi qulluqçusu yaralanıb.
Zərbələr nəticəsində bir helikopter yüngül zədələnib.










