Gəncədə OLAY: Kafeyə qumbara atıldı

img

Gəncədə qumbara partlayıb.

Rezonans.az xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəxs qumbara atıb. Qumbara partlayıb, xoşbəxtlikdən hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə həmin ərazidə dava olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Xəbəri paylaş: