Şüvəlanda bir yaşlı uşaq quyuya düşərək həyatını itirdi

img

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlı quyuya düşüb.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb. 

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş: