Dənizdə batan qadın xilas edildi

img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Rezonans.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

Xəbəri paylaş: