ABŞ-ın müdafiə naziri Ukraynaya getdi

img

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

O bildirib ki, hazırda onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirirlər.

O.Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silah növlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər: “Buna hazır olmasaydılar, gəlməzdilər”.

Xəbəri paylaş: