Kamran Əliyevdən yeni TƏYİNATLAR

img

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluqdan Rezonans.az-ın sorğusuna  cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.

Xəbəri paylaş: