Adil Əliyev Qars valisi ilə görüşüb

img

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 may tarixlərində Türkiyənin İqdır və Qars vilayətlərinə səfərdədir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən Müharibəsi qazisi daxildir.

Bu gün Qars valisi Türker Öksüz ilə görüş keçirilib. 


Rezonans.az xəbər verir ki, görüş zamanı müttəfiqlik əlaqələrimizdən, münasibətlərdən bəhs edilib. Adil Əliyev Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasını xatırlayaraq, sözügedən sənədin 15 iyun Qurtuluş Günündə imzalanmasının xüsusi əhəmiyyəti olmasını bildirib. Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və əbədiliyinin daha bir zəmanətidir, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi deməkdir. Eləcə də, ölkələrimiz arasında münasibətlərin inkişafının təkcə siyasi sfera ilə məhdudlaşmadığı, xüsusən də iqtisadi əlaqələrimizin dərinləşməsi və müştərək layihələrimizin uğurla icra olunması qeyd edilib. 

Ziyarətə görə təşəkkürünü bildirən vali Türker Öksüz ölkələrimizin arasındakı münasibətlərin inkişafı və əlaqələrin daha da dərinləşməsi məqsədilə hər iki ölkə başçısının yüksək əməyinin olduğunu bildirib.


Adil Əliyev qeyd edib ki, Qarsda, İqdırda yaşayan Azərbaycan kökənli türk vətəndaşları da Azərbaycan və Türkiyə arasında bu münasibətlərdən məmnundurlar və münasibətləriin daha da güclənməsinə yardımçı olacaqlar, Prezident İlham Əliyevin dediyi kimi xalqlarımız “Bir millət, iki dövlət, bir yumruq” şüarı ətrafında sıx birləşəcəklər.

Xəbəri paylaş: