Türkiyədə iş maşını aşdı: 1 ölü

img

Türkiyənin Adıyaman bölgəsinin Gölbaşı mahalında iş maşınının aşması nəticəsində operator yaralanıb, kənd mühafizəçisi həyatını itirib.
Rezonans.az xəbər verir ki, Aşağı Nəsırlı kəndində su kanalının bəndi işləri aparılan zaman Belören Bələdiyyəsinə məxsus tikinti texnikası istismarçısı FA idarəetməni itirməsi nəticəsində aşıb.

Avtomobildə olan kənd gözətçisi Hicabi Burak hadisə yerində ölüb, inşaat maşınından tullanan FA isə yaralanıb.

Hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları yaralı FA-nı Gölbaşı Dövlət Xəstəxanasına çatdırıb.

Hicab Burakın cansız bədəni müayinədən sonra xəstəxananın morquna aparılıb.

Xəbəri paylaş: