
Bakı şəhərinin Nəsimi rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, rayonda “Mazda” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.