Sloveniyada seçkilər - Hakim partiya öndədir

img

Aprelin 24-də Sloveniyada keçirilən parlament seçkilərində aparılan "exit-poll"ların nəticələri açıqlanıb.

 

Rezonans.az "Reuters"ə istinadən xəbər verir ki, Mediana İnstitutunun açıqladığı "exit-poll"un nəticələrinə görə, Sloveniyanın hazırkı populist baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi Azadlıq Hərəkatı 35,8% səs toplayıb.

 

Hakim siyasi qüvvənin rəqibi, əsasən ətraf mühitlə əlaqəli mövzularda aktivlik nümayiş etdirən SDS partiyası isə 22,5% səs qazanıb.

 

Sloveniya parlamenti 88 mandatdan ibarətdir. Bu nəticələrə əsasən Azadlıq Hərəkatı parlamentdə 42, SDS 26 deputatla təmsil olunacaq.

Xəbəri paylaş: