Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralanıb

Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndəliyindən məlumat verilib. 

Məlumata görə, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsinə Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb. 

Zalujnının qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir. Generalın xidmətini davam etdirə bilməyəcəyi deyilir. 

Xəbəri paylaş: