
Moskvada Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, yanğın Frunzenskaya sahilində yerləşən binanın eyvanlarından birində baş verib.Yanğınsöndürənlər və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Yanğının səbəbi məlum deyil.