Göygöldə üç nəfər çay axınından xilas edildi

img

“Xəbər verildiyi kimi intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basmış və nəticədə bir neçə fəsadlar yaradıb”.

Rezonans.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək fəsadların aradan qaldırılması, insanlara kömək göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirib.

“Polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib”

Xəbəri paylaş: