“Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihə çərçivəsində konfrans keçiriləcək

img

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihə çərçivəsində aprelin 29-da, saat 11:00-da Biləsuvar şəhərində konfrans keçiriləcək.

Rezonans.az xəbər verir ki, konfransda bir sıra dövlət xadimləri, millət vəkilləri, sahibkarlar və digər şəxslərin iştirakı nəzərdə tutulur.

Konfrans Biləsuvar şəhəri Gənclər Evində baş tutacaq.

Xəbəri paylaş: