Milli Məclisin deputatları Ankarada Müstəqillik günü ilə əlaqədar keçirlən tədbirdə iştirak ediblər

img

Milli Məclisin Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfəri çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Anar Məmmədov

Azərbaycanın Türkiyədəki səfirliyinin Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirdə iştirak ediblər.


Rezonans.az xəbər verir ki, tədbirdə həmçinin Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin əməkdaşları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Xəbəri paylaş: