"Livandan ölkəmizə raket atılıb" - İsrail

img

İsrail ordusu Livandan ölkənin şimalına raket atıldığını açıqlayıb.

Rezonans.az xəbər verri ki, Livandakı Hizbullah təşkilatına yaxınlığı ilə tanınan əl-Əhbar qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb.

İsrailin verdiyi açıqlamada "Livan ərazisindən ölkəmizin şimalına yeni raket atılıb. Raket açıq əraziyə düşüb", - deyə qeyd olunub.  

Açıqlamada, atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı bildirilib. 

Xəbəri paylaş: