
TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyədə YSK rəhbərliyi ilə görüşüb.
Rezonans.az xəbər verir ki, Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-dan bu ölkənin paytaxtı Ankara şəhərində olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Anar Məmmədov YSK (Yüksək Seçki Kurulu) rəhbərliyi ilə görüşərək seçkilərlə bağlı hazırlıqlar, o cümlədən seçki məntəqələrində prosesin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.