
TÜRKPA Müşahidə Missiyası Türkiyədə seçkiləri izləyir
Rezonans.az xəbər verir ki, prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün Türkiyədə səfərdə olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov, Müşahidə Missiyasının üzvləri-Milli Məclisin deputatı Anar Məmmədov, Qırğızıstan və Qazaxıstan deputatları seçki günü müxtəlif seçki məntəqələrində olmuş, prosesin gedişini və vətəndaşların fəallığını izləyiblər.