Türkiyədə prezident seçkilərinin nəticələri açıqlanır - Ərdoğan liderdir (CANLI)

img

Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra səslərin sayımına başlanılıb. 

Rezonans.az xəbər verir ki, ilkin nəticələrə görə, səsvermə bülletenlərinin 6,9 faizi artıq sayılıb. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 61,90 faiz səs qazanıb.

Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 38,1 faiz səs toplayıb.

Qeyd edək ki, mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.  

Xəbəri paylaş: