Ağsuda 1 tondan artıq narkotik bitkisi məhv edildi

img

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən ümumi çəkisi 1 tondan artıq olan 2763 çətənə kolu kökündən çıxarılıb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Xəbəri paylaş: