Yollarda görmə məsafəsi məhdudlaşacaq

img

Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Rezonans.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib.  

Mayın 30-da dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Xəbəri paylaş: