Yunanıstanda insan alveri ilə məşğul olan polislər saxlanıldı

img

Yunanıstanın Meriç bölgəsində insan qaçaqmalçılığı ilə əlaqəsi olan  5 sərhəd polisi saxlanılıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Agentliyi AMNA məlumat yayıb.

Bildirilir ki, Dimetoka Sərhəd Mühafizə Birliyində çalışan 5 sərhəd polisinin insan qaçaqmalçılığı şəbəkəsinə bağlı olduqları səbəbiylə nəzarətə alınıb. 

Araşdırmalar çərçivəsində 2022-ci ilin oktyabr ayından sözügedən polislərin telefon zənglərinin dinlənildiyi qeyd edilib.

Polislər barəsində cinayət işi açılıb. 

Xəbəri paylaş: