Elxan Qasımovla vida mərasimi keçirilir

img

Mayın 29-da vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

Rezonans.az xəbər verir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Mərhumun yaşadığı evdə keçirilən mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. O, “Əhməd haradadır” filmində “sürücü Əhməd” obrazı ilə tanınıb. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən incəsnət xadimi bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Xəbəri paylaş: