Parlamentlərarası işçi qruplarının rəhbərləri DƏYİŞİR

img

Bir neçə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişir.

Rezonans.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Belə ki, Azərbaycan-Tayland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov olacaq.

Xəbəri paylaş: