Ermənistan Türkiyə ilə sərhəddə yeni körpü tikir

img

Ermənistan Türkiyə ilə sərhəddə Armavir rayonunun Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikir. 

Rezonans.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsi Fondu məlumat yayıb.

Ermənistan hakimiyyəti M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək" - məlumatda deyilir.  

Bildirilir ki, körpü dövlətlərarası əhəmiyyətli avtomobil yolunun km11+400-cü hissəsində, Türkiyə sərhədi - Marqara - Vanadzor - Təşir - Gürcüstan sərhədində yerləşəcək.  

Nəqliyyat obyekti Ermənistanın dövlət büdcəsi hesabına tikilir.

Xəbəri paylaş: