Türkiyədə müalicə alan qazilərin sayı açıqlanıb

img

Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir.

Rezonans.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

"Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".

Xəbəri paylaş: