Təhsil krediti alan tələbələrin sayı AÇIQLANIB

Təhsil krediti alan tələbələrin sayı

Bu günə qədər yaz sessiyası dövründə 3342 tələbə kredit almaq üçün müraciət edib.

 

Bu barədə Təhsil Tələbə Krediti Fondundan Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, 366 müraciət banka göndərilib, 695-i natamam olub, 416-sı emaldadır, 184 müraciətə isə imtina verilib:

 

"Yaz sesssiyasında bu günə qədər 1681 tələbəyə kredit verilib. Bunlardan 588-i sosial TTK, 1093-ü isə standart TTK üzrə rəsmiləşdirilib".

Xəbəri paylaş: