İmişlidə sexdə yanğın olub.
Rezonans.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli şəhərində ümumi sahəsi 102 m² olan transformator təmiri sexində 2 ədəd transformator sayğacı yanıb.
Sex və içərisində olan digər avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










