İrəvanda müxalif siyasi qüvvələr hakim “Vətəndaş müqaviləsi” partiyasının binası yaxınlığında etiraz aksiyası keçirilib.
Rezonans.az "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı 11 nəfəri saxlanılıb.
Qeyd olunur ki, polislə etirazçılar arasında baş verən toqquşmada 3 nəfər bədən xəsarətləri alıb.
Qeyd edək ki, aprelin 25-də Ermənistan parlamentinin “Hayastan” bloku İrəvanda etiraz aksiyaları keçirməyə başlayıb. Ermənistanın paytaxtında yürüşlər və piketlər keçirilir.










