Şamaxıda avtomobil aşıb, ölən var

img

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, bu gün saat 18 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: