“Köhnə bazar”dakı yanğın söndürülüb - VİDEO

“Köhnə bazar”dakı yanğın söndürülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Rezonans.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.

Xəbəri paylaş: