Balakəndə 21 yaşlı gənc bıçaqlandı

img

Balakən rayon sakini, 2002-ci il təvəllüdlü Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, ilkin araşdırma zamanı S.Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin Pərviz Abdullayev olduğu müəyyən edilib.

Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: