Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib.
Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib. Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Dövlət başçısı Qurultayda çıxış edərək bildirib ki, Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. 30 illik işğaldan sonra Azərbaycan yeni dövrə qədəm qoyub. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq, bu torpaqlarda möhkəm dayanmışıq və heç kim, heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Niyazi Əliyev
Göygöl RİHB-nın Zurnabad kənd İƏD üzrə nümayəndəsi










