"Sərhədlərin bərpası ilə bağlı rəsmi müzakirələr bərpa olunub" - Gürcüstan XİN

img

"Bakı və Tbilisi arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı rəsmi müzakirələr bərpa olunub".

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan XİN açıqlayıb. 

Məlumata görə, mövzu dünən Tbilisidə Gürcüstan-Azərbaycan ikitərəfli siyasi məsləhətləşmələri zamanı müzakirə olunub.

Müzakirələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliya arasında baş tutub. 

Xəbəri paylaş: