Daha bir ölkə Qolodomorunu soyqırım kimi tanıdı

img

Ukrayna prezidenti Volodimir Zelenski 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığı üçün Slovakiya parlamentinə təşəkkür edib. 

Rezonans.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

“Mən Slovakiya Parlamentinə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığına görə minnətdaram. Vaxtında qəbul olunmuş qərar, tarixi ədalətin bərpasına və milyonlarla günahsız qurbanın xatirəsinin anılmasına mühüm töhfədir”, - deyə dövlət başçısı vurğulayıb.

Xəbəri paylaş: